Fransada meşə yanğınları: Minlərlə insan təxliyə olunub

Fransanın cənub-şərqində yerləşən Var departamentində güclü meşə yanğınları səbəbindən minlərlə insan təxliyə olunub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə departament prefekturasının “Twitter” hesabında məlumat paylaşılıb.

“Yanğınsöndürənlər meşə yanğınlarının sürətlə yayılması səbəbindən çox sayda turistin dincəldiyi Sen-Trope rayonundakı kempinq və evlərdən minlərlə insanı təxliyə edib. Təxliyə olunanlar müvəqqəti sığınacaqlara yerləşdirilib”, – deyə məlumatda qeyd olunub.

İndiyə qədər Qonfaron şəhəri rayonunda 4 min hektardan çox meşə sahəsi yanıb. Yanğınla mübarizəyə 750 yanğınsöndürən, doqquz təyyarə və üç helikopter cəlb olunub.