
Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədinin Kabilin Şir-Pur bölgəsindəki iqamətgahının qarşısında bomba partladılıb.
Gununsesi.info xəbər verir ki, partlayışın ardından mühafizəçilərə atəş açılıb. Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.
Müdafiə nazirinin iqamətgahına hücum edənlərdən 4-nün zərərsizləşdirildiyi bildirilir. Hadisədən sonra həmin istiqamətdə yollar bağlanıb. Nazir və ailəsinin partlayışdan sağ qurtulduğu vurğulanır.
Gununsesi.info