Conson G7 liderləri ilə Əfqanıstanı müzakirə edəcək

  • By admin
  • 16 Avqust 2021 21:35

Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Conson yaxın günlərdə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün G7 liderlərinin virtual görüşünə ev sahibliyi etmək niyyətində olduğunu bildirib.

 

Liderlər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ortaq qətnamə üzərində birlikdə çalışmaq barədə razılaşma əldə ediblər.