Azərbaycanda əlil arabaları istehsal olunacaq

Azərbaycanda ilk dəfə əlil arabaları istehsal olunacaq.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, əlil arabalarının istehsalına İsmayıllı Velosiped Zavodunda (İSMA BİKE) başlanacaq.

Zavodun icraçı direktoru Hafiz Həsənov saytımıza açıqlamasında məlumatı təsdiqləyib

O bildirib ki, artıq bununla bağlı Çinlə razılıq əldə olunub.

“Üç ay sonra zavodda əlil arabalarının istehsalına başlanılacaq. Çinlə razılaşmışıq, 10-15 gündən sonra xammalları sifariş edəcəyik. Xammal 2-3 ay ərzində ölkəyə gələcəyi üçün təxminən 3 ay sonra əlil arabalarının istehsalına start veriləcək”.