“Fənərbağça” “Neftçi”nin sabiq hücumçusuna təklif göndərib

“Partizan”ın direktoru Miloş Vazura futbolçusu Mateus Saldanyaya “Fənərbağça”dan təklif gəlməsi barədə danışıb.

Gununsesi.info xəbər verir ki, o, İstanbul təmsilçisinin 24 yaşlı hücumçuya görə rəsmi təklif ünvanladığını təsdiqləyib, lakin forvardın komandadan ayrılmayacağını dilə gətirib:

“Mateus Saldanya da daxil olmaqla, “Partizan”dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq. Biz mövsümün qalan hissəsi üçün işləri davam etdiririk”.

Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək “Neftçi”də oynayıb. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya “Partizan”ında davam edib.

Gununsesi.info