Braziliyalı əfsanəvi futbolçu klub prezidenti olub

  • By ilhame
  • 07 Yanvar 2024 13:58

Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin “Amerika” klubunun prezidenti olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

“Amerika” Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında – Karioka çempionatında mübarizə aparır.

 

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın “Barselona” və Niderlandın PSV klublarının da formasını geyinib.

Gununsesi.info