“Sabah” ilk yoxlama oyununda Rumıniya klubuna qalib gəlib

  • By ilhame
  • 09 Yanvar 2024 21:34

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” ilk yoxlama görüşünü keçirib.

 

Gununsesi.info-nun məlumatına görə, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə üz-üzə gəlib.

 

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. “Sabah”ın heyətində Jesse Sekidika 45+2-ci, Anatoli Nuriyev 68-ci dəqiqədə fərqləniblər.

Gununsesi.info