Arda Gülər ​​oyuna girdi, “Real Madrid” finala yüksəldi

İspaniya Superkubokunun yarımfinal matçında “Real Madrid” “Atletiko Madrid”i 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, Türkiyə millisinin oyunçusu Arda Gülər ​​112-ci dəqiqədə oyuna daxil olub. “Real Madrid”in finaldakı rəqibi yanvarın 11-də keçiriləcək “Barselona” – “Osasuna” oyunundan sonra müəyyənləşəcək.

İspaniya Superkubokunun yarımfinal matçında Real Madrid Səudiyyə Ərəbistanında oynadığı matçda Atletiko Madridi 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.

Real Madridin qollarını 20 dəqiqədə Antonio Rudiger, 29 dəqiqədə Ferland Mendi, 85 dəqiqədə Dani Karvaxal, 116 dəqiqədə Stefan Saviç avtoqola imza atıb və 120+3 dəqiqədə Brahim Diaz vurub.

“Atletiko Madrid”in qollarını 7 dəqiqədə Mario Hermoso, 37 dəqiqədə Antione Qrizmann və 78 dəqiqədə Rudiger avtoqolla vurub.