Türkiyə klubunun prezidentindən Ramil Şeydayevlə bağlı rəsmi açıqlama

Azərbaycan yığmasının üzvü Ramil Şeydayev sabah Türkiyənin “Kocaelispor” klubunun düşərgəsinə qoşulacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə klub prezidenti Engin Koyun məlumat verib.

TFF I Liqasında çıxış edən klubun rəhbəri Azərbaycan millisinin futbolçusunun Tailand təmsilçisi “Buriram Yunayted”lə bu gün vidalaşacağını açıqlayıb: “Ramil Şeydayevlə anlaşdıq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.

“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

 

Gununsesi.info