
Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında yaxın zamanda görüş olacaq.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə belaruslu lider KİV-lə görüşündə bildirib.
Lukaşenkonun sözlərinə görə, görüş zamanı tərəflər “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin ətrafında vəziyyəti müzakirə edəcəklər.
“Biz yaxın zamanda görüşmək razılığına gəldik”, – o deyib.
Daha əvvəl Lukaşenko Priqojinin Rusiyada olduğunu açıqlayıb.
Gununsesi.info