
Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı ölən hərbçilərin yaxınları etiraz aksiyası keçirir.
Gununsesi.info “News.am”a istinadən xəbər verir ki, aksiya Ermənistan hökumətinin binası qarşısında keçirilir.
Ermənistan parlamentinin keçmiş deputatları Naira Zohrabyan və Zarui Postancanyan da aksiyaya qoşulub. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın fotolarını yerə ataraq tapdalayıblar.
Gununsesi.info