Ukraynada müharibə bir neçə il davam edə bilər - Moraveyski

“Ukraynada müharibə bir neçə il davam edə bilər”.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moraveyski deyib.

HTML tutorial

“Biz heç bir dəqiq tarixi hesablamırıq, sadəcə olaraq cəbhədə, döyüş meydanında baş verənləri müşahidə edirik. Və buna uyğun olaraq, vəziyyətə uyğunlaşmağa, Qərbi Avropadakı tərəfdaşlarımızla diplomatiyamız vasitəsilə Ukraynaya dəstək verməyə çalışırıq”, – deyə o bildirib.

Jurnalistin müharibənin hətta bir neçə il davam edə biləcəyi ilə bağlı sualına baş nazir müsbət cavab verib.

Gununsesi.info