Ermənistanda dövlət müəssisələrini ələ keçirmək istəyən dəstə üzvləri saxlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti dövlət qurumlarının binalarını ələ keçirməyi planlaşdıran cinayətkar dəstənin üzvlərini saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bildirilir ki, 5 nəfər və şəxsiyyəti hələ təyin edilməyən bir neçə şəxs 2023-cü il ərzində terror aktlarına hazırlıqla məşğul olub.

Məlumata görə, onlar partlayışlar törədərək dövlət orqanlarının işinə mane olmaq istəyib.

 

Gununsesi.info