Almaniyaya ötən ay qanunsuz yolla 21 mindən çox miqrant gəlib

  • By ilhame
  • 22 Oktyabr 2023 20:15

Almaniyaya ötən ay qanunsuz yolla 21 mindən çox miqrant gəlib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Deutsche Welle” polisə istinadən məlumat yayıb.

Məlumata görə, sentyabr ayında ölkəyə 21 366 nəfər miqrant qanunsuz yolla daxil olub.

Qeyd edək ki, 2016-cı ilin fevral ayından Almaniyada bu cür dinamika müşahidə olunmayıb. Həmin dövrdə 25 650 miqrant gəlib.

Ümumilikdə son 7 ayda Almaniyaya miqrant axını artıb. İlin əvvəlindən ölkəyə 92 119 nəfər qanunsuz yolla keçib.

Gununsesi.info