Abşeronda qəza – Qadın sürücü şagirdləri vurdu

Abşeron rayonunda yol qəzası baş verib. 

Gununsesi.info news24.az-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi “Qurtuluş”yaşayış massivində baş verib.

“Kia”markalı avtomobili idarə edən qadın sürücü qəfil idarəetməni itirərək orta məktəbin qarşısında dayanan piyadaları vurub. Hadisə nəticəsində 2 kişi, bir qadın və 4 şagird xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadaları gəlib.

Gununsesi.info