
Ermənistan prezidenti Armen Sarkisyan birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanla görüşüb.
Gununsesi.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti faktı təsdiqləyib. Görüş zamanı Ermənistandakı ümumi gərgin ictimai-siyasi vəziyyətin müzakirə olunduğu bildirilir.
Qeyd edək ki, Armen Sarkisyan daha əvvəl eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla da görüşmüşdü.