AMEA-da kadr dəyişikliyi – Mehdiyev onu özünə müşavir təyin etdi

  • By turana
  • 12 Dekabr 2020 17:37

Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi olub.

Gununsesi.inf0 bildirir ki, bu barədə Unikal.org-a AMEA-nın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin, akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

 

Gununsesi.info