
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zar kəndinin videogörüntüləri yayılıb.
Gununsesi.info-nun məlumatına görə, videoda kənddə evlərin ermənilər tərəfindən tamamilə dağıdıldığı əks olunub.
Qeyd edək ki, Kəlbəcər rayonu Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları bəyanata uyğun olaraq noyabrın 25-də Azərbaycana qaytarılıb.
Gununsesi.info