“Rusiyanın dəstəyi olmadan ordumuzun döyüşə hazırlığı bərpa edilə bilməzdir” – Manukyan

  • By arzu
  • 11 Dekabr 2020 17:21
“Rusiya olmadan ordumuzu yenidən qurub silahlandırla bilmərik”.

Gununsesi.org Qazet.az-a istinadən xəbər verir ki, bu barədə müxalif “Vətənin Qurtuluşu Hərəkatı”ndan Baş nazir vəzifəsinə namizəd Vazgen Manukyan öz açıqlamasında bildirib.

“Bu bölgədəki əsas oyunçular Türkiyə və Rusiyadır. Türkiyənin Azərbaycan üzərində güclü təsiri var. İndiki şəraitdə gələcəyimizi Türkiyə ilə əlaqələndirsək, məhv olacağıq. Bu səbəbdən, indi Rusiyanın rolu Ermənistan üçün əvvəlkindən daha vacibdir. Lakin bu, digər ölkələrlə münasibətləri istisna etmir.

Ancaq indi təhlükəsizliyin əsas qarantı Rusiya Federasiyasının sülhməramlı qüvvələridir. Rəsmi olaraq bu zəmanətlər 5 il içində yox olacaq. Bəlkə bu müddət ərzində nə isə baş verəcək, bəlkə müddət uzadılacaq – amma bütün bunlar fərziyyələrdir. Güclənməyimiz üçün 5 il var. Daha sonra Rusiyanın müttəfiqi olaraq qalmaqla yeni müttəfiqlər axtarmalıyıq.

Həqiqət budur ki, hadisələrin sürətlə dəyişdiyi bu regionda ən azı 5 ildir ki, Rusiya təhlükəsizliyimizin sabit qarantı və müttəfiqimiz olacaq. Rusiya olmasa, ordumuzu bərpa edib yenidən silahlandıra bilməyəcəyik”, – Manukyan qeyd edib.

Gununsesi.org