Erməni hərbçi döyüş mövqeyində özünü güllələyib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Armenpress” Ermənistan İstintaq İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər yayıb.
Bildirilir ki, müqavilə üzrə hərbi xidmətdə olan Qeqam Viktoroviç Xaçatryan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş mövqeyində özünə atəş açıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Məlumata görə, hadisə yanvarın 6-da, gecə saat 3:00 radələrində baş verib.
Gununsesi.org
COMMENTS