Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.
Gununsesi.org-un məlumatına görə, Vаsif Tаlıbovun baş məşqçi olduğu komandanın ikinci rəqibi Bolqarıstan yığması olub.
Niderlandın Apeldorn şəhərində keçirilən oyun yığmanın 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan millisi ilk görüşdə meydan sahiblərinə 0:3 hesabı ilə uduzub.
Günün digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu qarşılaşmasını yanvarın 10-da Polşa kollektivinə qarşı keçirəcək.
Gununsesi.org
COMMENTS