
19 sentiyabr saat 12:30-da KANAL13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında həbsdəki jurnalistin xanımı Lamiyə Çerpanova deyib.
Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək.
Xatırladaq ki, Əziz Orucov artıq 10 aydır ki, həbsdədir.
Gununsesi.info