Ələsgər Məmmədli doğum günündə azad edilə bilərmi? -MƏHKƏMƏ OLACAQ

Sabah (24 may 2024) saat 11:30-da Xətai rayon məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Ələsgər bəyin ev dustaqlığına buraxılması vəsatətinə baxılacaq.

Gununsesi.info bildirir ki, bu barədə onun qardaşı Nəsimi Məmmədli deyib.

Təqsirsiz və səhətində ciddi problemi olan bir insanın effektli müalicəsi üçün təəssüf ki, şərait yaradılmır.

Sabah həm də Ələsgər bəyin doğum günüdür. Onun azadlığa buraxılması humanist addım olardı”, deyə Məmmədli əlavə edib.

Gununsesi.info