Dünyamin Xəlilova 15 il həbs cəzası istənildi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror Dünyamin Xəlilovun 15 il müddətinə, Azad Cavadovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Cavadov 10 il 11 ay və Dünyamin Xəlilov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

Gununsesi.info