Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

  • By ilhame
  • 22 Yanvar 2024 19:50

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb.

 

O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

 

O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib.

 

Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.

Gununsesi.info