
Ukrayna Silahlı Qüvvələri Donetskin Tekstilşçik mikrorayonunda bazara azı 6 ədəd 155 mm-lik mərmi atıb.
Gununsesi.info xəbər verir ki, bu haqda şəhərin meri Aleksey Kulemzin öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nətiəsində 18 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb. Eyni zamanda mer qeyd edib ki, qurbanlar və xəsarət alanlar barədə məlumat gəlməkdə davam edir.
Gununsesi.info