AŞPA Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

AŞPA (Avropa Şurası Parlament Assambleyası) Almaniyanın təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın “European Pravda” nəşrinin Strasburqdakı müxbirinə belə bir sənədin hazırlanması ilə tanış olan bir neçə mənbə bildirib.

Mənbənin xəbərinə görə, Azərbaycan üçün məhdudiyyətlərin tətbiqinə dair prinsipial qərar artıq AŞPA-nın Prezident Komitəsi səviyyəsində qəbul edilib.

Buna səbəb kimi AŞPA-dan olan müşahidəçilərin fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə dəvət olunmaması göstərilir.

Gununsesi.info