
Suni Zəka bu dəfə də başqa bir inqilabi təsvirə imza atıb. Sinir şəbəkəsi ilə suni zəka dünya mədəniyyətinin doğuşu və sonu 3 dəqiqəlik video ilə izah etməyə çalışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Stable Diffusion” adlı sinir şəbəkəsi ilə dünya təkamülü prosesini təsvir edən video hazırlayıb.
Videoda canlı həyat, hüceyrə və torpaq quruluşunun yaranışı, əkinçilik, tarixi tunc dönəmi, maldarlıq, qədim dövr, feodalizm, orta əsrlər və yeni tarixdə dünyanın gəldiyi dönəm göstərilir.
Planetdəki yaşam, mədəniyyətlər və insanlığın ölümü ilə bağlı videodan bəlli olur ki, insanlığı ekologiya yox edəcək. İnsanlar yer altına və ya başqa planetlərə daşınacaq.
Tərcümə: Arzu Sayadoğlu