
Amerikanın Texas ştatındakı Rice Universitetinin elm adamları ölü hörüçəkləri yük qaldıra bilən robotlara döndəriblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sınaq araknitlərin ayaqlarının ölümdə sonra içəriyə doğru bükülməsinə əsaslanırdı. Elm adamları qurd hörümçəklərinin cəsədlərini, pəncələrini əşyaları qavrayacaq şəkildə hava ilə doldurdular.
Zombi hörümçəklərin bu şəkildə öz vücud ağırlıqlarının 130 faizini qaldıra biləcəkləri ortaya çıxdı. Elm adamları nekro robotların həssas tutma bacarığının mikro elektronikada işlədilə biləcəyinə inanırlar.
Yeni robotik məhsula “nekrobotik” adı verilib.
Tərcümə: Arzu Sayadoğlu