“Azərbaycan hərbçiləri ilə bağlı araşdırma ədalətli olmalıdır” - Rusiya XİN

“Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır”.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, Rusiya XİN Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar:

“Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”.

Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.

 

 

Gununsesi.info