Dünya üzrə koronavirusa yoluxanların sayı 2 501 898-ə çatıb.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, ümumi yoluxanlardan 150 623 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib, 658 561 pasiyent isə müalicə olunaraq sağalıb. Hazırda dünya üzrə 1 671 602 aktiv koronavirus xəstəsinin olduğu qeyd olunub. Ən çox yoluxma faktı ABŞ (792 938), İspaniya (204 178), İtaliya (181 228), Fransa (155 383), Almaniya (147 103) və Böyük Britaniyada (124 743) qeydə alınıb.
Pandemiyanın meydana çıxdığı Çində isə yoluxanların sayı 82 758 nəfərdir.
COMMENTS