Dünya Kuboku Azərbaycanda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib.

Gununsesi.info  xəbər verir ki, qurum şahmatın nüfuzlu yarışlarından biri hesab edilən Dünya Kubokunun təşkilatçılığını yenidən ölkəmizə həvalə edib. Mötəbər yarış paytaxt Bakıda keçiriləcək. Dünya Kuboku 2023-cü il iyulun 29-dan avqustun 26-dək davam edəcək.

HTML tutorial

Qeyd edək ki, bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq. Sözügedən turnir ilk dəfə 2015-ci ildə paytatımızda keçirilib.

Gununsesi.info