
Avropa İnsan Hüquqları Məhkəməsi müxalifətçi fəallar Cabbar Savalanli, Fərəc Kərimov, Sırac Kərimli və Murad Adilovun şikayətlərini birləşdirərək qərarını elan edib.
Gununsesi.info bildirir ki, onlar barələrində olan cinayət işi zamanı seçilən həbs -qətimkan tədbinin qanunsuz seçilməsindən şikayətçi olub.
Məhkəmə Konvensiyanın 5.1 və 5.4-ci maddələrinin pozuntusunu tanıyıb, 18-ci maddənin pozuntusunu tanımayıb, bu hissədə şikayəti qəbuledilməz elan edib.
Mənəvi zərərə görə Məhkəmə hər bir ərizəçiyə 10.000 avro kompensasiya təyin edib. Qeyd edək ki, konvensiyanın 5.1-ci maddəsinin (əsaslı şübhənin olmaması) pozuntusunun tanınması bu işin sonradan Ali Məhkəmənin Plenumunda baxılması üçün əsasdır.
Mətləb
Gununsesi.info