Tanınmış mühafizə şirkəti 20 Yanvar şəhidlərini və ailələrini yad edib VİDEO/FOTOLAR

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə peşəkar mühafizə şirkəti  “Security Operation Services”  (SOS) MMC-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, “SOS” MMC-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olaraq, canından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Şəhidlərimizin məzarına gül dəstələri düzülüb və onların ruhlarına dualar oxunub.

Daha sonra “SOS” MMC-nin əməkdaşları Xırdalan və Sumqayıt şəhərlərində, həmçinin Sulutəpə qəsəbəsində yaşayan şəhid ailələrinə baş çəkərək, onlara sovqatlar təqdim edib.

Şəhid Axundov Qədir Mahmud oğlunun həyat yoldaşı Səmimi Səbiyyə xanımın, şəhid Hüseynov Rahib Məmməd oğlunun qızı Vəlixanova Mariya xanımın və şəhid Allahverdiyev Ruslan Kamal oğlunun anası Allahverdiyeva Ragül xanımın evinə baş çəkən “SOS” MMC əməkdaşları şəhidin ailələrinə başsağlığı verərək, onların həyat yolu haqqında məlumat alıblar.


 

 


 

 


 

 


 

 


 

 

 


 

 


 

 

 

 


 

 


 

 


 

 

 

 


 

 


 

 


Gununsesi.info