
Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir.
Gununsesi.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.
“İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib”, – o qeyd edib.
Kamran Əliyev yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır:
“Nəticə olan kimi, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.
Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb.
Gununsesi.info