
Bu gün səhər saatlarında Milli Məclisin deputatı Ramil Həsənlə tanınmış vəkil Muxtar Mustafayev arasında mübahisə düşüb.
Gununsesi.info-nun xəbərinə görə, “four seasons” otelində yaranmış mübahisədə deputat və ətrafındakı insablar vəkilə qarşı təzyiq tonunda ifadələr səsləndirir.
Bununla bağlı yayılmış videoda vəkilin fəaliyyətinə müdaxilə cəhdləri görünür.
Haqqın.az saytında yayılan videodan sonra DİN olayı araşdırıb.
DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, tərəflər Səbail polisinə çağrılıb. Müəyyən edilib ki, deputat Ramin Həsənin karantin rejimini pozub.
Buna görə də deputat haqqında inzibati cəza tətbiq edilib və o cərimələnib.
Gununsesi.info