
Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb.
Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı yaxınları, idman ictimaiyyətinin və medeia nümayəndələri qarşılayıb.
Qeyd edək ki, 61 kq-da mübarizə aparan 23 yaşlı Elnar İbrahimov iyunun 26-da keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.
Gununsesi.info