
Milli Məclis Mülki Prosesual Məcəlləyə yeni dəyişikliyə hazırlaşır.
Yeni layihədə kassasiya şikayətlərinin hədləri dəyişdirilir.
Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Gununsesi.info-nun xəbərinə görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov qanunvericiliyə təklif edilən bu dəyişikliklə bağlı fikirlərini açıqlayıb.
Onun sözlərinə görə, mülki işlər üzrə aşağı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi təcili olaraq təmin olunmalıdır.
“Əks halda dövlət rüsumunun artması, kassasiya həddinin 5 000 manatadək qaldırılması ilə yanaşı pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün bu növ mülki iddialar üzrə məhkəməyə müraciət etmək və hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdıracaq”.