
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Bakıda çimərliklər ətrafında təşkil olunan təmizlik aksiyasına qatılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında yazıb:
“Ekologiya Naziri ilə birlikdə çimərlik təmizlənməsi aksiyasında iştirak etdim. Biz Azərbaycanda ətraf mühitin qorunmasını dəstəkləyirik. Gəlin, çimərliklərimizi təmiz saxlayaq”.
Gununsesi.info