
Bir neçə dəfə qarışıq döyüş növləri üzrə dünya çempionu olmuş məşhur idmançı Tofiq Musayev iyunun 13-də Yaponiyada rinqə çıxır.
Bu barədə Gununsesi.info-nun xəbərinə görə, Tofiq Musayev və Vüqar Kərimov dünyanın ən mötəbər turnirlərindən birini keçirən Yaponiyanın “Rizinq” təşkilatının yarışında döyüşəcək.
Onu da qeyd edək ki, Tofiq Musayev ikinci Vətən müharibəsinə könüllü yollanan idmançılarımızdandır.
Ağır döyüşlərdən keçən idmançımız ordudan təxris edildikdən sonra sevimli peşəsinə qayıdıb.
Gununsesi.info olaraq, hər iki idmançımıza uğurlar diləyirik.
Gununsesi.info