Çimərlikdə bir nəfər BOĞULDU

  • By admin
  • 28 İyun 2021 20:16

Şüvəlan çimərliyində boğulma hadisəsi olub.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

Gununsesi.info