Azərbaycanda koronavirusla bağlı elan olunmuş karantin rejimə görə ölkə ərazisində gözəlik salonlarının və bərbərxanaların fəaliyyəti dayandırılıb. Təbii ki, insanlarımız üçün müəyyən çətinlik yaradır.
Deputat Ceyhun Məmmədov bildirib ki, karantin rejiminin tətbiqi ilə əlaqədar bir sıra müəssisələrin, o cümlədən bərbərxanalrın fəaliyyətinə məhdudiyyətlər tətbiq edildi: “Vətəndaşlar üçün müəyyən çətinliklər yaratsa da, bu zərurətdən irəli gələn bir addım idi. Virusun geniş yayılmasının qarşısını almaq üçün insanların təması minimuma endirilməli idi. Real vəziyyəti nəzərə alaraq, hələki bu xidmətdən istifadə etmirəm. Karantin rejimi bitdikdən və bərbərxanalar fəaliyyətini bərpa etdikdən sonra bu xidmətin imkanlarından istifadə etməyi düşünürəm. Müvəqqəti çətinlikdir, bir müddətdən sonra həyat öz axarına qayıdacaq”.
Deputat Kamlilə Əliyeva söyləyib ki, gözəlik salonuna tez-tez müraciət etmir: “Çalışıram ki, evdə özümə qulluq edim. Kosmetoloqlara müraciət edən deyiləm. Sadəcə, saç düzümü ilə bağlı gözəllik salonuna müraciət edirəm. Son dövrlər karantin rejiminə görə az da olsa, problem yaşanır. Amma buna baxmayaraq saxlamlığımız üçün karantin rejimin qaydalarına əməl etməliyik. Ona görə də çalışıram ki, lazım olan qulluğu ev şəraitində edim. Düzdür, biz bu sahənin ustası olmadığımız üçün müəyyən çətinlik olur. Evdə olduğumuz üçün çox da ehtiyac olmur. Sadəcə, Milli Məclisin iclaslarına qatılırıq. O günlərdə də çalışıram ki, bacardığımı edim”.
Deputat Cavid Osmanov vurğulayıb ki, bərbərin istifadə etdiyi bütün alətlərin hamısı evində var: “Hətta bərbərxanaya gedən zaman öz alətlərimi aparırdım. Bərbərin öz avadanlıqlarından heç vaxt istifadə etməmişəm. Tələbəlik illərindən saçıma özüm düzəliş etdiyimə görə, bərbərxanaların bağlı olması mənə çətinlik yaratmır”.
Yazı sonxeber saytında dərc edilib.
COMMENTS