Hindistandakı üç şirkət antikorları aşkarlayaraq, koronavirusu sürətlə təsbit edə biləcək.
Gununsesi.org bildirir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Bunlar Yeni Dehlidə “Vanguard Diagnostics”, Qucaratda “Voxtur Bio Limited”, Kerala əyalətində “HLL Lifecare Limited” şirkətləridir.
Yeni testlər koronavirusu 30 dəqiqədə müəyyən etməyə imkan yaradır.
Testlərin ilk dəstinin aprelin 20-dək hazır olacağı bildirilir.
“Voxtur Bio Ltd” şirkəti dəstlər üçün yerli xammaldan istifadə etdiklərini vurğulayıb:
“Çin və ya başqa bir ölkə ilə heç bir əlaqəmiz yoxdur, dəstlər üçün lazım olan xammalı özümüz istehsal edirik. Ayda 10 milyon dəst istehsalı potensialımız var və lazım olduqda bunu iki dəfə artıra bilərik”.
“Vanguard Diagnostics” şirkəti isə yaxın üç həftədə test dəstlərinin istehsalına başlamaq niyyətində olduqlarını bildirib.
Gununsesi.org
COMMENTS