
Avstraliyalı “Wow” adlı bir şirkət 5 min il öncə soyu tükənən tüklü mamont ətindən böyük bir küftə hazırlayıb. Min illər öncəsinə aid ətdən hazırlanmış yemək böyük maraqla qarşılanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yaşlı mamontun DNT-sindən istifadə edərək hazırlanan küftə Hollandiyadakı elm muzeyindəki Nemoda sərgilənir.
Şirkətin qurucusu Tim Noakesmit açıqlamasında bunları söyləyib:
“Bu an əldə edə biləcəyimiz hər şeydən tam fərqli bir şey etmək istədik. Mamontların soyu iqlim dəyişikliyi üzündən tükəndi. Hazırda ənənəvi ət yetişdiriciliyi qlobal isinməyə səbəb olan əsas faktorlarındandır. Buna görə də, mamont DNT-sini işlədərək alternativ ət istehsalı növlərinin mümkün olduğunu göstərdik”


Tərcümə: Arzu Sayadoğlu