
Braziliyanın Parana bölgəsinin Araukaria şəhərinin 65 yaşlı Bələdiyyə Başçısı evliliyi ilə gündəmə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hissam Hussein Dehaini adlı Bələdiyyə Başçısı 16 yaşlı qızla evlənib.
Arvadının özündən 49 yaş kiçik olması üzündən qınaq obyekti olub.
16 yaşlı Kauane Rode Kamarqo adlı qızla evliliyini təsdiq edən Hissam Dehaini tənqidlərdən sonra siyasi partiyasından istefa verib.
Keçən il Miss Araukaria gözəllik yarışında gənclər arasında ikinci olan qız 65 yaşlı kişi ilə həyatını birləşdirib.
Dehainin qızla toyundan sonra Kamarqonun anası və Rodenin və xalası Elizanqelanın bələdiyyədəki işlərdə yüksək yerlərə gətirildiyi iddia edildi.
Bu iddialardan sonra 65 yaşlı ər bağlı olduğu Vətəndaşlıq Partiyaasından ayrıldığını açıqlayıb.

Tərcümə: Arzu