
Elm adamları daha bir maraqlı heyvan bacarığını üzə çıxarıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, alimlər cücə qamış ilanı deyə, tanınan bir ilan növünün ovçulardan qoruna bilmək üçün həlqə halında yığılaraq yuvarlana bildiyini təsbit ediblər.
Latınca adı “Pseudorabdion longiceps” olan bu kiçik ilan növü bu hərəkətini yönünü dəyişdirərək ovçuları çaşdırmaq və öz qaçışını sürətləndirmək üçün edir.
İlanın qəribə davranışı Malaziya Sabah Universitetinin bir araşdırma qrupu tərəfindən ortaya çıxarılıb və qeyd altında alınıb.
Elmi “Biotropica” dərgisində yayımlanan məqalədə bu davranışın ilanlarda ilk fədə isbatlandığını yazılır
İlanların digər heyvanlar tərəfindən ovlanmaqdan qorunmaq üçün bir sıra strategiyaları var: Kamfulyaj olmaq, qaçmaq, ölü təqlidi, müdafiə, hücum etmək.
23 sm. uzunluğundakı bu ilan quşlar və digər ilanlar da daxil olmaqla, bir sıra yırtıcı heyvanlar tərəfindən ovlanır.
Tərcümə: Arzu Sayadoğlu