
PKK Terror Təşkilatının “siyasi uzantısı” olaraq açıqlanan HDP Türkiyədə bu ilin may ayında keçiriləcək Prezident seçkilərində dəstəkləyəcəkləri namizədin adını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, seçkiləri 16 gün qalmış HDP həmsədri Mithat Sancar “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini söyləyib.
Bununla da , HDP ilk dəfə səs verəcəkləri namizədin adını açıqlamış olub. Daha sonra Sancar bunları söyləyib:
“Tək adam rejiminə son vermək hədəfi yönündə Kılıçdaroğlunu dəstəkləyəcəyik. Hədəflərimiz üst-üstə düşür. İstəyimiz seçkinin ilk turda bitməsidir. Bu dəstəkdən dolayı, Kılıçdaroğlundan hansısa bir tələbimiz yoxdur. Bu seçkiləri türkiyənin ən gərgin, kritik seçkisi olaraq görürük. İki hədəfimiz var: Tək adam rejiminə son vermək. Demokratik dönüşümlə bağlı təsirli güc halına gəlmək”
Tərcümə: Arzu Sayadoğlu