COVID peyvəndləri hər mövsüm vurulmalıdır

COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv bir həll olardı.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.

Kluge qeyd edib ki, koronavirus əleyhinə peyvənd mövsümi olması ilə bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır:

“Amma pandemiya davam etdiyindən hələ bu barədə düşünülmür. Ümumilikdə bu gün üçün hadisələrin gedişi yaxşıdır. Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar. Azərbaycanda peyvəndlənmə göstəricisi olduqca yaxşıdır. Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması isə təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır”.

Gununsesi.info