
Milli Məclisin deputatı Etibar Əliyev “Xural TV”-nin rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyevin bu addımına səbəb guya jurnalistin ona böhtan atmasıdır.
Bu gün iddia üzrə hazırlıq iclası baş tutub.
Bəs, millət vəkilinin tələbi nədir? O, jurnalisti niyə məhkəməyə verib.
E.Əliyev bu barədə “Bakipost.az” saytına danışıb.
Deputat bildirib ki, jurnalist ona böhtan atıb:
”Guya , içki aludəçisiyəm, və tələbələrimdən rüşvət almışam”.