
İctimail fəal, tanınmış bloger Bəxtiyar Hacıyevi bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general-mayor Əbülfət Rzayev qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə bloger özü məlumat yayıb.
O bildirib ki, 21 apreldə onun oğurlanıb təhqir olunması hadisəsi ilə bağlı CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.
Qeyd edək ki, ötən gün B.Hacıyevi DİN rəhbəri Vilayət Eyvazov qəbul etmiş, olayın ən yüksək səviyyədə araşdırılacağını bildirmişdi.
Gununsesi.info